Ulduz futbolçu dünyanın ən bahalı maşınını aldı

01 May, 2019 09:59 | İdman | Baxış sayı: 68
"Bugatti"
"Bugatti"

Saatda 420 km sürət yığan maşın üçün 11 milyon avro ödənilib

Dünyanın ən tanınmış futbolçularından biri olan Kriştiano Ronaldo dünyanın ən bahalı maşınını alıb. İstiPress-in məlumatına görə, "Yuventus"un hücumçusunun yeni "oyuncağı" saatda 420 km sürət yığa bilir. 

Söhbət "Bugatti"nin ən son modelindən gedir. "La Voiture Noir" bir müddət öncə Cenevrədə keçirilən avtosərgidə nümayiş edilmişdi. Bu supercar 1500 at gücündə mühərriklə təhciz edilib. 

Maşının qiyməti 11 milyon avrodur. Ronaldo ödənişi etsə də yeni maşınına yaxın günlərdə qovuşmayacaq. Bunun üçün o 2021-ci ilə kimi gözləməlidir.