Bakıda moda həftəsi başlayır

31 Oktyabr, 2018 09:27 | Həyat Tərzi | Baxış sayı: 49
Moda həftəsi
Moda həftəsi

8-ci mövsümünün rəsmi sloqanı “Art meets fashion”dur

Noyabrın 1-dən 3-dək Bakıda Muzey Mərkəzində “Azerbaijan Fashion Week” (AFV) - ölkəmizin rəsmi moda həftəsinin 8-ci mövsümü işinə başlayacaq. AFV-nin 8-ci mövsümünün rəsmi sloqanı “Art meets fashion” kimi səslənir, mövsümün əsas mövzusunu aydın ifadə edərək, Dəb Həftəsinin təşkilatçıları, həmçinin nümayişlər üçün əsas meydançanın seçimi ilə də, bunu bir daha vurğulamağa qərar veriblər.

“Azerbaijan Fashion Week”dən verilən məlumata görə, Azərbaycan Moda Həftəsinin 8-ci mövsümünün əsas vizual obrazları kimi, müəllifin razılığı ilə, Azərbaycanın Əməkdar rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq fəlsəfəsi doktoru və Rusiya İmperator Akademiyasının fəxri akademiki Rəşad Mehdiyevin əsərləri istifadə edilib. Qadın - onun siması, cəmiyyətdəki və ilham mənbəyi kimi, yaradıcılıq prosesindəki rolu, qarşıdakı həftənin hörmətli qonaqlarından biri olacaq bu istedadlı müasir rəssamın işlərində mərkəzi yerlərdən birini tutacaq.

8-ci Dəb mövsümün iştirakçıları "Kaftan", Aygün Talıbova, "Çəkməçi", "Meeamee", "SK collection", "Aya Bapani", Mak Mari, A.Sain, "NUBI Couture", "La Veine", "Noora", "Elian Couture", "Zherebtsov", Ayşən Həbibova kimi dizaynerlər və markalar olacaqlar. Azərbaycan, Qazaxıstan, Gürcüstan və Tacikistandan olan dizaynerlər 2019-cu ilin yaz-yay mövsümünün ən son kolleksiyalarını qonaqlara təqdim edəcəklər.

Əsas nümayiş proqramı ilə yanaşı, ənənəvi hala çevrilən “Showroom АFV”də təşkil olunacaq. “Showroom АFV”nin əsas məqsədi - butik sahibləri və bayerlərə uzun-uzadı vasitəçi zəncirindən yan keçərək və axtarışlar üçün vaxt itirmədən dizaynerlərlə bilavasitə ünsiyyətə girmək, mövsümün yenilikləri barədə öyrənmək, yerində və zamanında öz brendini tapmaq, öz qarderobu üçün yeni geyim seçmək imkanı yaratmaqdır.