Moskvada müsəlmanlara namaz üçün yer ayrıldı

31 Avqust, 2017 09:25 | Həyat Tərzi | Baxış sayı: 71
Namaz
Namaz

Müsəlmanlar qurbanlarını isə şəhərdən kənar kəsməli olacaqlar

Moskvada Qurban bayramı ilə bağlı namaz qılmaq üçün müsəlmanlara 40-dan çox ərazidə yer ayrılıb. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bayram namazı səhər saat 07-də başlayacaq. 

Bayram namazı Moskva məscidi, tarixi məscid, tatarski döngəsi, Müti dağı adlanan ərazidəki "Şuhada" memeorial məscidində qılınacaq. Əlavə məkan kimi isə "Zümrüd" (İzumrudnıy) sağlamlıq kompleksinin yanındakı çadır göstərilib.

Ancaq Moskva məscidində 150 minə yaxın müsəlmanın toplaşağı gözlənilir. 

Rusiya müsəlmanlarının dini idarəsindən verilən məlumata görə, Moskva vilayətində bayram namazları üçün 39 meydan təşkil ediləcək. Onlardan 7-i məscidlər, digərləri isə digər obyektlərdir. 

Qurbanların kəsilməsi üçün isə Moskvaətrafındakı 14 yaşayış məntəqəsində yerlər olacaq. 

Çüçünistanda isə Qurban bayraamı ilə bağlı 1 sentyanr qeyri-iş günü elan edilib. Bu barədə Ramzan Kadırov sərəncam imzalayıb. Sərəncama əsasən çeçenistanda bayram günləri bu gündən başlayır. Belə ki, 31 avqust, 1-2 sentyabrda ölkədə yaşayanlar istirahət edəcəklər.