Moskvada Ramazan çadırı quruldu FOTOLAR

31 May, 2017 10:25 | Həyat Tərzi | Baxış sayı: 94
Rusiyada Ramazan çadırı
Rusiyada Ramazan çadırı

Azərbaycanın şimal qonşusu olan Rusiya müsəlmanların ən çox yaşadığı ölkələrdən biridir. Xüsusilə paytaxt Moskvada müsəlmanların sayı yüz minlərlədir. 

Məhz buna görə, bu şəhərdə Ramazan ayı da xüsusi qaydalarla, adət-ənənəyə uyğun keçirilir. Bu ildə olaraq ənənəvi Ramazan tədbirləri baş tutub. İstiPress-in məlumatına görə, paytaxtda ənənəvi Ramazan çadırı qurulub, iftar süftrəsi açılıb. Bu il çadırın ən böyük olacağı gözlənilir. Belə ki, Ramazan çadırına 30 min insanın gəlməsi planlaşdırılıb.

Burada müsəlman dövlətlərinin gecələri keçirilir. Ötən gün isə Azərbaycan gecəsi baş tutub. Gecə Azərbaycanlı Gənclər Təşkilatı - AMOR-un təşkilatçılıq dəstəyi ilə baş tutub. 

Çadrda müxtəlif xalqların nümayəndələri toplaşıb. Onlar iftarlarını açıb, azərbaycanlı musiqiçilərin ifalarından zövq alıb, eləcə də Azərbaycan barədə biliklərini viktorinalarda sınayıblar.