"Qocalmaqdan qorxuram" deyirsinizsə...

31 Yanvar, 2019 14:47 | Həyat Tərzi | Baxış sayı: 196
Xiyar
Xiyar

Bu qidalardan hər gün istifadə edin

Yaşlanmaq qaçınılmazdır. Bunun dayandırmaq mümkün deyil. Lakin qocalmağı ləngitmək bizim öz əllərimizdədir.  Bunun üçün gündəlik qida rasionuna diqqət etmək ən asan üsuldur. Bütün gün marketlərdə, bazarlarda qarşımıza çıxan meyvə tərəvəzlər bu təbii prosesi ləngitməkdə ən yaxın köməkçimizdir.

Yerkökü 
Tərkibi A vitamini ilə zəngindir. Dərinin qüsursuz görünməsinə kömək edir. 

Limon 
C vitamini mənbəyidir. Kollajen ifrazını artırır, qırışlarla mübarizə aparır. 

Pomidor
Likapenlə zəngin olduğu üçün dərini günün təsirindən müdafiə edir. 

Yerkökü
Yerkökü
Pomidor
Pomidor

Xiyar
Xüsusi ilə qabığındakı elastiklik artırıcı maddələr dərinin dostudur.

Avakado 
Həm meyvəsi, həm də yağındna istifadə mümkündür. Yağı dərinin nəm balansını gücləndirir.

Qaragilə 
Antioksidantlarla zəngin meyvədir. Bu antioksidantlar hüceyrələr, DNT-yə  ziyan verən sərbəst radikalların təsirini zəiflədir. 

Qaragilə
Qaragilə