Yeni ildə qırmızı alt paltarının sirri

30 Dekabr, 2017 13:20 | Həyat Tərzi | Baxış sayı: 381
Qırmızı alt paltarı
Qırmızı alt paltarı

Bayramın ən məşhur inancı

Yeni ilə artıq bir gün qaldı. Dünyanın müxtəlik ölkələrində bayram müxtəlif adət-ənələrlə qeyd edilir. Dekabrın 31-də ilin son günü, yanvarın 1-də isə yeni ilin gəlişini qeyd edən ölkələrdə son zamanlar daha çox yayılan dəb var- yeni il gecəsi qırmızı alt paltarı geyinmək. 

Bəziləri bunun səbəbini bilsə də, çoxları sadəcə axına düşür. İnanclara görə, Yeni il günü qırmızı alt paltarı növbəti ildə insana uğur, şans gətirir. 

Bəs bu ənənənin necə yaranması sizi maraqlandırır? İstiPress ən maraqlı adətin tarixçəsini oxucularına təqdim edir: 

Amerikalı alt paltarı satıcısı Henri Corcun şirkəti 1956-cı ildə müflis olur. Lakin malları əlində qalır. Bir müddət sonra o apardığı bazar araşdırması zamanı qadınların alt paltarlarına daha çox pul xərcləməyi sevdiklərini, dəst alarkən ən çox üstünlük verilən rəngin qırmızı olduğunu müəyyən edib. Tək-tək alınan geyimlərdə seçim isə daha çox neytral rənglər - ağ və ya qara olub. Bundan sonra bütün işçilərini toplayaraq mükəmmək bir strategiya hazırlayır.

Yeni il ərəfəsində əlində qalan qırmızı alt paltarlarını yaxın olan qadınlara hədiyyə edərək qırmızı rəngin onlara yeni ildə uğur, sevgi və xoşbəxtlik gətirəcəyini deyir. Bu sözlər inanc kimi qısa müddət ərzində bütün şəhərdə yayılır. İnsanlar qırmızının şans gətirəcəyinə o qədər inanaırlar ki, bayram ərəfəsində bütün alt geyimlərini alırlar. Nəticədə bu inanc illərdir davam edir.