Rus qızı dünya gözəllərini geridə qoydu FOTOLAR

30 Dekabr, 2017 11:43 | Həyat Tərzi | Baxış sayı: 849
Oktyabrina Maksimova
Oktyabrina Maksimova

Oktyabrina 16-cı olub

Rusiyanın şimal paytaxtı Sankt Peterburqda yaşayan tələbə qız dünyanın ən gözəl qadınlarını geridə qoyub. İstiPress-in məlumatına görə, o gözəllərin reytinqində 16-cı yeri tutub.

"TC Candler"in mütəxəssisləri reytinq siyahısını sosial şəbəkələrdən də istifadə etməklə hazırlayıblar. Rus gözəl Oktyabrina Maksimova Natali Portman, Marqo Robbi, Kira Naytli, Kara Delevin kimi Hollivud gözəllərini üstələyə bilib.  

22 yaşlı gənc qız Novqordda anadan olub. Hazırda iqtisadiyyat üzrə təhsil alır. Ötən il adıçəkilən reytinqdə o 95-ci yeri tutmuşdu. 

Ənənəvi siyahı ildə bir dəfə hazırlanır. 1990-cı ildən dəb sahəsində müstəqil fəaliyyət göstərən yüzdən çox mütəxəssis ən gözəl qadınları seçirlər. İlk pillədə isə amerikalı aktrisa - 19 yaşlı Layza Soberano qərarlaşıb.