Qaraciyərin dostları

30 Noyabr, 2019 15:33 | Həyat Tərzi | Baxış sayı: 318
Çuğundur
Çuğundur

Bu məhsullar ağır metallarla mübarizə aparır

Qaraciyər sağlam orqanizmin ən önəmli faktorlarından biridir. Bu orqanın sağlam olması bizə daha keyfiyyətli ömür sürməyə kömək edir. Məhz o bizim bədənizmizdəki zəhərli maddələrin təmizlənməsindən cavabdehdir. Bunun üçün də yediyimiz hər şeyi yüz ölçüb, bir biçmək şərtdir. İstiPress qaraciyərin dostu olan 6 məhsulu təqdim edir.

Sarımsaq

Toksinlərin bədəndən çıxarılmasına kömək edir. Tərkibindəki faydaslı elemtlərlə qaraciyərin detoksunda faydalıdır.

Alma

Həzm sistemini asanlaşdırır və bu yolla da qaraciyəri qoruyur

Brokoli 

Tərkibindəki qlukosinolat sayəsində toksinlərin orqana ziyan vermədən bədəndən atılmasına dəstək verir.

Çuğundur və yer kökü

Hər ikisinin tərkibində betakaroten var. Bu isə qaraciyərdə olan hər hansı bir problemin daha tez aradan qalxmasına kömək edir. Xüsusi ilə çuğundur ağır metallarla mübarizədə faydalıdır. 

Sarıkök 

Qaraciyəri gücləndirir və yağların həzmini asanlaşdırır. 

Zəncəfil

Qaraciyəri yağlanmaqdan qoruyur və onu müalicə edir.