Qadın 67 yaşında təbii yolla hamilə qaldı, ana oldu

30 Oktyabr, 2019 10:50 | Həyat Tərzi | Baxış sayı: 131
Ana olan qadın
Ana olan qadın

Çinli qadının yumurtalıqları 40 yaşlı şəxsinki kimi çalışır

Çində tibb aləmində olduqca nadir müşahidə edilə biləcək bir hadisə baş verib. 67 yaşlı qadın ana olub. Maraqlısı odur ki, qadın təbii yolla hamilə qalıb.

Şandong vilayətində həkim kimi çalışan Tian soyadlı qadın işlədiyi Zaozhuang doğum evi və uşaq sağlamlığı mərkəzində qız övladını dünyaya gətirib. Körpə qeysəriyyə əməliyyatı ilə olub. 

Həkimlərin sözlərinə görə yaş faktoru və müxtəlif problemlər olsa da doğuş uğurlu olub. Ana və körpə özlərini normal hiss edirlər. Həmkarlarının sözlərinə görə, Tianın yumurtalıqları 40 yaşlı qadınınki kimi fəaliyyət göstərir.

2 kq 560 qramlıq körpəyə mənası "cənnətdən göndərilən hədiyyə" olan “Tianci” adı verilib. Tian və 68 yaşlı həyat yoldaşı Huangın bu körpədən başqa 2 övladı və nəvələri var. 

Xatırladaq ki, bənzər hadisə bir neçə gün öncə Azərbaycanda da baş vermişdi. 64 yaşlı qadın 40 illik həsrətdən sonra əkiz anası olub. Yaşlı qadın süni mayalanma yolu ilə hamilə qalmışdı.