Türkiyəyə gedən turistlərin sayı 23% artıb

30 Sentyabr, 2018 17:31 | Həyat Tərzi | Baxış sayı: 47
İstanbul
İstanbul

Gələn turistlərin sayına görə Rusiya birinci yeri tutur

Türkiyə cari ilin ilk səkkiz ayında 27 milyon 23 min 134 xarici turistə ev sahibliyi edib.

İstiPress-in məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,92 faiz çoxdur. Avqust ayında ölkəyə 5 milyon 383 min 332 gəldiyi bildirilir. Ötən ay gələn turistlərin sayına görə, Rusiya birinci yeri tutur. İkinci yerdə Almaniya, sonrakı yerdə isə İngiltərə vətəndaşları qərar tutur. Onların 2 milyon 74 min 498-i Antalyaya, 1 milyon 391 min 36 nəfəri İstanbula, qalanları isə Türkiyənin başqa bölgələrinə gəliblər.

Türkiyə ilin sonuna qədər 40 milyon xarici turistə ev sahibliyi etmək niyyətindədir.