Yüz illərdir xərçəngi müalicə edən məhsul

30 Avqust, 2019 11:51 | Həyat Tərzi | Baxış sayı: 318
Quru tut
Quru tut

Quru tutun bilinməyən faydaları

Tut yayın ən faydalı meyvələrindən biridir. Təbii formada qısa müddət ərzində olsa da onu qurutmaqla istifadə müddətini daha da uzatmaq asandır. Tərkibindəki suyu qurutmaqla onu uzun müddət zəngin vitamin və mineralları dəyişmədən saxlamaq olar. 

Tərkibində yüksək C,K vitamini və dəmir olan quru tutun fayfdaları saysızdır. Onun ən önəmli 5 özəlliyi isə bunlardır: 

Antioksidant qaynağı -  antioksidantlar sərbəst radikalların hüceyrəyə vurduqları ziyanın qarşısını alır. Tutun yaprağı, sapı və özəlliklə meyvəsində resveratrol adlı maddə var. Texas Universitetinin Elm Mərkəzinin apardığı bir araşdırmada qeyd edilir ki, resveratrol ömrü uzadır, yaşlanmanı gecikdirir. 

İmmun sistemini dəstəkləyir -  tut makrofaqları fəallaşdıran alkoloidləri dəstəkləyir. Makrofaqlar xəstəliklərə qarşı daha dözümlü olan ağ qan hüceyrələrdir. Bunun üçün də ona sağlamlıq gözətçisi də demək olar. 

Xərçəngin düşməni -  Çin tibbində yüz illərlə tutdan xərçəngə qarşı şəfa məqsədi ilə istifadə olunub. Xüsusi ilə qara tutun adı xəstəliklə mübarizədə istifadə edilən meyvələrin siyahısında başdadır. 

Qan şəkərini tənzimləyir - tərkibindəki DNJ (1-deoksinojirimisin) adlı maddə həzm sisteminə təsir göstərərək qan şəkərinin daha asta artmasına yol açır. Ancaq diabet xəstələri həkim məsləhəti ilə yeməlidirlər.

Ürəyi qoruyur - tərkibi liflərlə zəngindir. Bunun üçün də xolestrol səviyyəsini balansda saxlamağa kömək edir. Həm də bağısaqların fəaliyyətini tənzimləyir. 

Necə yeməli? 

Bir çox fərqli şəkildə qəbul etmək olar. Məsələn, qatığa qataraq. Xüsusi ilə şirniyyat böhranında olanlar bunun üzərinə bir miqdra darçın da əlavə edərək yeyə bilər. Quru tutu fındıq, qoz və ya badamla birlikdə ara yeməyi kimi də istifadə etmək mümkündür. Şəkər istifadə etməkdən bəkməzini əldə etmək olar.