Payızın qripindən onunla qorunun

30 Avqust, 2019 13:57 | Həyat Tərzi | Baxış sayı: 152
Küncüt
Küncüt

Şirniyyatları bəzəyən ədviyyat xərçəng riskini də azaldır

Artıq payıza sayılı günlər qalıb. Bu fəsil havalar soyuduğu üçün xəstəliklərin artımı, immunitetein zəifləməsi də baaş qaldıra bilər.  Qızmar yaydan sonra immunitetei gücləndirmək isə elə də çətin deyil. Bunun üçün ən əsas amil sağlam qidaaya daha çox yer verməkdir.

Sağlamlığımız üçün meyvə tərəvəzdən başqa bəzi toxumlar, ədviyyatlar da əvəzsizdirlər. Onlardan biri də küncütdür. Adətən bulka, şirniyyat kimi məhsulları bəzəyən küncütdən əslində daha geniş istifadə etmək mümkündür. Məsələn, salatlara özünəməxsus dad verə bilər. 

Küncütün özü olduqca kiçik olsa da faydası saymaqla bitmir. Bəs onlar hansılardır? 

Küncüt təbii antioksidantdır. Soyuqdəymə, qrip kimi xəstəliklərə qarşı immun sistemini daha davamlı edir.
Yüksək miqdarda tərkibində E vitamini var. Bunun üçün də qan dövranını tənzimləyir, ürəyə faydalıdır.
Dəmirlə zəngin olduğu üçün qan azlığı ilə mübarizə aparır. 
Küncütün yağı həzm sistemini rahatladır, bağırsaq, mədəaltı vəz xərçindən qoruyur. 
Sinir sistemini, beynin funksiyalarını gücləndirir. Alzaymer kimi xəstəliyin yaranma riskini azaldır.
Xolestrol və təzyiqi azaldır. 
Kalsiumla bol olduğu üçün diş və sümük sağlamlığında ciddi faydalar verir. 
Küncütün həm də bərpa funksiyası var. Bu sayədə o dırnaq, saçları gücləndirir. 

Bədənə enerji verir, cinsi istəyi artırır. 

Sinəni yumşaldaraq tənəffüs yolu xəstəlikləri, astma bronxitlə mübarizə aparır.

Lakin unutmaq olmaz ki, küncüt həm də allergik dəyəri yüksək olan məhsuldur. Avropa ölkələri və Kanadada hətta tərkibində küncüt olan satılan məhsulların üzərində bu barədə xəbərdarlıqlar da yer alır.