İştahı açır, zehni gücləndirir FOTO

30 İyul, 2019 12:30 | Həyat Tərzi | Baxış sayı: 189
Bildirçin yumurtası
Bildirçin yumurtası

Mütəxəssislər onu natamam bişmiş yeməyi məsləhət görürlər, çiyindən uzaq durun

Yumurta insan sağlamlığı üçün ən önəmli qidalardan biridir. Proteinlə zəngin olan bu məhsul gün ərzində daha gümrah qalmağımıza kömək edir. Bildircin yumurtasının isə faydası toyuğunkindən daha çoxdur. Son zamanlarda kütləvi şəkildə istifadəsinə başlanılan bu məhsul astma, bronxit, xəstəliklərdə faydalıdır, immuniteti gücləndirir, iştahı açır, beynin inkişafını sürətləndirir.  Xüsusi ilə uşaqlar üçün əvəzsiz məhsul hesab edilir.

Bildirçin yumurtası amin turşuları ilə zəngindir. Bu isə xüsusi ilə uşaqlarda immun sisteminə müsbət təsir edir. Nəticədə müxtəlif xəstəliklərə yol açan mikrobların bədənə təsiri azalır.

Mütəxəssislərin sözlərinə görə, saysız faydası olan bu yumurtanı natamam bişmiş halda qəbul etmək məsləhətdir. Onun sarısını uşaqlara çiy də içirmək olar. Ancaq xüsusi bir protein olan ağı bədəndəki B vitaminlərinin təsirini azaldır. Bunun üçün də çiy qəbulu məsləhət deyil. 

Hamilə və süd verən qadınlarda ondan rahatlıqla istifadə edə bilər. Ancaq həftədə iki dəfədən artıq qəbul edilməməsinə diqqət etməlidirlər. 

Bu yumurta sink, dəmir və B qrupu vitaminlərlə də zəngindir. Lakin toyuq və bildirçin yumurtalarını eyni anda qəbul etməməyə çalışın.