Xərçəng yaradan qidalar

30 İyun, 2018 14:40 | Həyat Tərzi | Baxış sayı: 258
kolbasa
kolbasa

Siyahıya işlənmiş ət başçılıq edir

Dünyanın ən qorxulu, hər il milyonlarla insanın ölümünə səbəb olan xəstəliyi xərçəngə səbəb olan bəzi mıhsulların adları açıqlanıb. Bu siyahını Britaniyanın istehlak məhsullarının analizində ixtisaslaşmış "Which?" jurnalı hazırlayıb. Bura işlənmiş ət, pestisitlər və süni qida əlavələri daxildir. 

Bağırsaq və mədə xərçənginə səbəb ola biləcək ən təhlükəli qida işlənmiş qırmızı ətdir - bekon, vetçina, sala və s. Ümumdünya Sağlamlıq Təşkilatının hesablamalarına görə, gündə 50 qram bu məhsuldan istifadə  bağırsaq şişi riskini 18 faiz artırır. 

Xəstəlik yaradanlar sırasında siqaret və spirtli içkilərin də öz yeri var. Məsələn, ancaq siqaret 15 xərçəng növünün inkişafına yol açır.