Gözəl üzün 7 düşməni

30 May, 2019 15:06 | Həyat Tərzi | Baxış sayı: 153
Ədviyyat
Ədviyyat

Bu məhsulları rasiondan çıxarmaqla 10 yaş gə\ncləşmək olar

Dərimiz bizim ən bahalı geyimimizdir. Onun qayğısına qalmaq vaxtsız qırışların, ləkələrin meydana çıxmasına mane olur. Bəs dəri problemlərinin başçıa səbəbləri nədir? Bunların arasında immunitetin zəifləməsi, yuxusuzluq, toksik maddələr, ətraf mühitin təsirləri və s. var. Bundan başqa qəbul etdiyimiz qidalarda dərimizin gözəlliyinə təsirsiz ötüşmür. Gənc, elastik dərinin ən böyük dostu su və sağlam qidadır. Bəs düşmənləri nədir? 

İşlənmiş taxıl məhsulları, şəkər
Dəri üçün rafinə edilmiş karbonhidratlı məhsullardan pis nə isə ola bilməz. Qazlı içkilər, meyvə suları, ağ undan hazırlanan məhsullar, şirniyyat, xəmir məmulatları qəbul edərkən iki dəfə düşünün. 

Soya 
Əslində soya bədənə ziyanı olmayan məhsul hesab edilirdi. Ta ki, genetik müdaxiləyə məruz qalana kimi. Mütəxəssislər indi dünyada soya bitkilərinin 90 faizinin geninin dəyişdiyini deyirlər. Bunlar isə hormonal balansı pozur. 

Süd 
Əgər dəri problemləriniz varsa süd onları daha ciddiləşdirəcək. Dünya əhalisinin təqribən 70 faizində laktoz intolerans var. Bu, bədənin süd şəkərinə, yəni laktozaya qarşı reaksiyası deməkdir.

Duz 
Duz bədəndəki şişliyin təməlidir. Bu məhsulun təsirlərini 20 yaşlarınızda hiss etməyə bilərsiniz. Amma 30-dan sonra o özünü açıq-aşkar biruzə verir. 

Ədviyyat 
Bu məhsullar da olan problemləri daha ciddi vəziyyətə gətirir. mütəxəssislər yüksk temperaturla iltihablı dəri problemlrinin bağlı olduğunu düşünrlər. Ədviyyatda məhz bədən temperaturunu yüksəldir.

Fast food 
Tez hazır olmasından başqa heşç bir faydası yoxdur. Yağda qızarmış yeməklər ancaq dəri problemləri yaratmaqla kifayətlənmirlər. Əgər sürətli nə isə yemək istəyirsinizsə, çərəz alın. 

Kofein 
Gözaltı qaralar, civzələr, qara nöqtələr sizdən əl çəkmirsə demək heç olmasa gündə 2 fincan kofe içirsiniz. Kofe yaşıl çaya dəyişmək olar. Onn da tərkibində kofein var, amma daha sağlam antioksidanlarla birlikdə.

Kofe
Kofe
Fast fud
Fast fud