Azərbaycanda nazirlik xəbərdarlıq etdi

30 May, 2017 11:50 | Həyat Tərzi | Baxış sayı: 210
Turistlər
Turistlər

"Şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər"

Mədəniyyət və Turizm Nazirliyi turizm mövsümü ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən İstiPress-ə verilən məlumata görə, yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə, eləcədə ölkə daxilində  turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır.

"Bununla əlaqədar bir daha əhalinin nəzərinə çatdırırıq ki, turizm şirkətlərinin vasitəsi ilə xarici ölkələrə və ölkə daxilində səyahətlərini təşkil edərkən turist vauçerini və “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyiniz halda Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya muraciet@mct.gov.az elektron ünvanına rəsmi müraciət edə bilərsiniz".