Ramazan təqvimi açıqlandı CƏDVƏL

30 Aprel, 2019 11:18 | Həyat Tərzi | Baxış sayı: 1723
Təqvim
Təqvim

Qədr gecələrinin də vaxtı bilinib

2019-cu il Ramazan ayının təqvimi açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) İstiPress-ə verilən məlumata görə, təqvimdə Ramazan ayının namaz vaxtları, imsak və iftar vaxtları, eləcə də Qədr gecələri əksini tapıb. 

Təqvimə əsasən, Ramazan ayının 18-dən 19-na keçən gecə (23 may), 20-dən 21-nə keçən gecə (25 may), 22-dən 23-nə keçən gecə (27 may) və 26-dan 27-nə keçən gecə (31 may) Əhya gecələridir (Qədr gecəsi).

Şəvval ayının 1-i (5 iyun) Fitr bayramıdır.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayır. Niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.