Koronavirus hansı temperaturda çox yaşayır?

30 Mart, 2020 16:06 | Həyat Tərzi | Baxış sayı: 500
Koronavirus
Koronavirus

Virusun ən çox qaldığı səhtlərdə müəyyən edilib

Koronavirusun ən uzun müddət yaşaya bildiyi temperatur bəlli olub. Elm adamlarının apardıqları araşdırmalara görə, bütün dünyanı cənginə alan virus 4 dərəcə temperaturda uzun müddət yaşaya bilir. 

Hong Konq Universitetinin mütəxəssislərinin sözlərinə görə, COVİD-19 4 derəcəlik temperaturda uzun müddət fəal qala bilir. Əgər dezinfeksiya aparılmarsa onun təsirləri 14 gündən sonra azalır.

Bununla yanaşı virus yüksək temperatura qarşı da dayanıqsızdır. 70 dərəcədə o 5 dəqiqə ərzində məhv olur. 

Alimlər virusun müxtəlif səhtlərdə nə qədər qala biləcəyini də araşdırıblar. Tədqiqatlar göstərib ki, kağız üzərində 3 saat, geyimlərdə və taxtada 2 gün, şüşə üzərində 4, plastik səhtlərdə isə 1 həftəyə yaxın dayanıqlılıq göstərir.

Ən təhlükəli səhtlərdən biri də tibbi maskalardır. Koronavirus bu maskalarının çöl üzündə 7 günə qədər yaşaır. Bunun üçün də mütəxəssislər mümkün qədər tez-tez maskaları dəyişməyi məsləhət görürlər.