Uşaqlara bunları yedirin SİYAHI

30 Yanvar, 2020 13:21 | Həyat Tərzi | Baxış sayı: 250
Uşaq
Uşaq

Uşaqların menyusunda olması gərəkən 5 qrup

Sağlam həyat üçün sağlam qidalanma əsas şərtdir. Uşaqları buna ana bətnindən alışdırmaq lazımdır. Unutmayın ki, onlar böyümə dövründədirlər və mütamadi olaraq enerji almaları labüddür. Ancaq bu onları nə ilə gəldi qidalandırmaq mənasına gəlmir. Bəs gələcəyimiz olan övladlarımızı necə bəsləyək? 

1. Qrup   
Ət, toyuq, balıq, yumurta, paxlalılar - protein sağlam böyümək, əsələlərin möhkəmliyi, qan artımı üçün vacibdir. Bu qrupda yer alan qidalarda  protein, B qrupu vitaminləri, niasin, tiamin, riboflavin, B12 vitamini və B6 vitamini, E vitamini, minerallardan isə dəmir, sink, maqnezium zəngindir. 

2. Qrup 
Süd, yoqurt, qatıq, pendir  kimi məhsullar sümük və dişlərin inkişafına, sinir, əzələlərin müntəzəm işləməsinə kömək edir. Bu məhsullarda kalsium, fosfor, A vitamini, B12 vitamini, riboflavin və protein var.

3. Qrup 
Taxıllar və taxıl məhsullarından əldə edilən şörək kimi məhsullar əsas enerji mənbəyidir. İşlənməmiş, təbii halda istifadə edilərsə B vitaminləri (tiamin, riboflavin, niasin və fol), dəmir, maqnezium və selen ilə zəngindir. 

4. Qrup 
Meyvə və tərəvəzlər - A, B, C vitaminleri ilə boldurlar. Orqanizmin normal çalışması üçün gərəkli minerallarla təmin edirlər. İmmun sistemini gücləndirir, göz, dəri, həzm sisteminin işini yaxşılaşdırır.

5. Qrup 
Şəkər və yağlar - istər kərə, istər zeytun, isərsə də bitki yağları enerji dəyəri yüksək qidalardır. Yağ qrupuna daxil olan məshullar ilə sinir sisteminin işləməsi, vitamin və mineralların sovrulması üçün lazımdır. Şəkər dedikdə isə bal, bəkməz kimi məshullar nəzərdə tutulur.