Dünyanın ən təhlükəsiz ölkələri

30 Yanvar, 2019 11:15 | Həyat Tərzi | Baxış sayı: 134
İslandiya
İslandiya

Siyahıda 128 ölkənin adı var

Dünyanın ən təhlükəsiz ölkələrinin adları açıqlanıb. İstiPress-in məlumatına görə, siyahını "Global Finance" tərtib edib. 

Reytinq siyahısının hazırlanmasında bir necə amil nəzərə alınıb. Onların arasında hərbi münaqişənin yaranma ehtimalı, vətəndaşların təhlükəsizlikləri üçün təhdidlərin səviyyəsi, iqtisadi inkişaf, eləcə də təbii fəlakətlər riski var.

Jurnalın versiyasına görə, ən təhlükəsiz ölkə İslandiyadır. Onu İsveçrə və Finlandiya izləyir. 

İlk onluğa Portuqaliya, Avstrya, Norveç, Qətər, Sinqapur, Danimarka, Yeni Zellandiya da adlarını yazdıra bilib. Azərbaycanın şimal qonşusu olan Rusiya isə 108-ci pillədədir. Buna səbəb kimi isə ölkədə cinayət səviyyəsinin yüksək olması, iqtisadi inkişafın ləngiməsi göstərilib. 

ABŞ təbii fəlakətlərin çox olması ehtimalı, cinayət səviyyəsinin yüksəkliyi səbəbindən 65-ci yerlə kifayətlənməli olub.

128 ölkənin adının yer aldığı siyahıda ən təhlükəli ölkələr Qvatemala, Yəmən və Fillipin olub.