Whatsapp 2 möhtəşəm yenilik etdi

30 Yanvar, 2017 18:27 | Həyat Tərzi | Baxış sayı: 1068
"WhatsApp"
"WhatsApp"

Qrup çatlarında olan iştirakçıların yerini təyin etmək mümkün olacaq

WABetaInfo-nun Twitter səhifəsində Whatsapp messencerinin yeni funksiyaları yayıb.

İstiPress thehindu.com saytına istinadən xəbər verir ki, bundan sonra messencerdəki qrup çatlarında olan iştirakçıların olduqları yeri təyin etmək mümkün olacaq. İştirakçıların real zaman ərzində yerlərinin təyin olunması (Live Location Tracking) funksiyası, messencerin həm android, həmdə iOS versiyalarına əlavə olunacaq. Sözügedən funksiya ilk öncədən deaktiv vəziyyətdə olacaq. Lakin onu tənzimləmələr bölməsindən aktiv etmək mümkün olacaq. İstifadəçilərin yerini təyin etmək funksiyasını 1, 2, 5 dəqiqə və ya bilinməyən vaxta qədər aktiv etmək olacaq. Bu çox rahat funksiyadır. Belə ki, istifadəçi, qrup çatındakı digər istifadəçilərin görüş təyin olunmuş yerdən nə qədər uzaqda olduqlarını öyrənə biləcək.

Hər bir istifadəçi, onu izləyə bilmək xüsusiyyətini dayandıra bilər. Sözügedən funksiyadan başqa həmçinin messencerə, ismarıcların geri çağırılması və redaktə olunması əlavə olunur. Hər iki funksiya, istifadəçi tərəfindən oxunmayan ismarıclara şamil olunacaq. Geri çağırılma, ismarıcı ləğv edir və ismarıcı qəbul edən şəxs onu görmür. Redaktə etmək xüsusiyyəti isə ismarıcın mətnini dəyişməyə imkan verəcək. Beləliklə ismarıcı qəbul edəcək şəxs, redaktə edilmə prosesini görmədən mətnin yenilənmiş versiyasını görəcək.