64 yaşlı qadın uşaq doğdu, rekord vurdu

29 Dekabr, 2016 09:10 | Həyat Tərzi | Baxış sayı: 68
Uşaq
Uşaq

Qəribə hadisə Çində baş verib

Çində qəribə hadisə baş verib. 64 yaşlı qadın uşaq dünyaya gətirərək rekord vurub. İstiPress-in SİNA-ya istinadla verdiyi məlumata görə, bu hadisə Tsilin əyalətində yaşanıb. 

Yaşlı qadın oğlan uşağı dünyaya gətirib. Doğuş ötən gün Çancun şəhərindəki xəstəxanalardan birində gerçəkləşib. 

Qadın EKO - süni mayalanma yolu ilə hamilə qalıb. Adı açıqlanmayan qadının yaxınlarının sözlərinə görə, onun bir övladı olub. Lakin bir müddət öncə yeganə övladı dünyasını dəyişib. Bundan sonra çinli qadın əri ilə yenidən valideyn olmaq qərarına gəliblər.