Hamilə qadınların əvəzsiz meyvəsi

29 Noyabr, 2019 11:11 | Həyat Tərzi | Baxış sayı: 92
Əzgil
Əzgil

Xərçəngdən qoruyur, sakitləşdirir, ağrını kəsir

Orqanizmin  kalsium, fol turşusu, dəmir, fosfor, maqnezium kimi ehtiyaclarını bir meyvə ilə təmin edə bilərsiniz. Həm də indi əsl vaxtı olan meyvə ilə. Bəs o hansıdır? Söhbət əzgildən gedir.

Faydalı minerallarla zəngin olan meyvə bədəni təravətləndirir, zərərli toksinləri yox edir, ağrıları azaldır. Bəzi bölgələrdə muşmula kimi tanınan əzgilin yarpağının faydası mövcuddur. Bu yarpaqlar immun sistemini gücləndirir, qaraciyəri qoruyur, sakitləşdirir, xərçəng riskini endirir. 

Eyni əhəmiyyətə malik olan əzgil depressiya ilə mübarizədə də olduqca faydalıdır. Mədə bulatılarına yaxşı təsir edən əzgil bağırsaqların fəaliyyətini gücləndirir. Bu yolla həm orqanizmin ikinci beyni hesab edilən bağırsaqlar daha yaxşı çalışır, həm də arıqlamağa kömək edir. 

Həkimlər hamilə qadınlara da əzgildən bol istifadəni məsləhət görürlər. Belə ki, əzgil səbəbsiz düşük riskini azaldır.

Əzgili meyvə formasında sevməyənlər onun çayından istifadə edə bilərlə. Bunun üçün bir litr suya xırda doğranmış bir ovuc əzgil tökülür. Qaynadıqdan sonra bal ilə dadlandırılaraq gündə üç dəfə içmək olar.