Ana olmaq üçün həkimə gedən azərbaycanlı qadına şok FOTO

29 Noyabr, 2019 13:24 | Həyat Tərzi | Baxış sayı: 400
16 il iynə ilə yaşayan qadın
16 il iynə ilə yaşayan qadın

Türkiyəli həkimlər onun bədənindən 16 il öncənin izini tapdı

Türkiyədə övlad sahibi olmaq üçün həkim müayinəsinə gedən azərbaycanlı qadın həyatının şokunu yaşayıb. Uzun illər ana olmağa çalışan qadının qarın boşluğundan tikiş iynəsi tapılıb.

Hadisə 16 il öncə baş verib. Azərbaycanlı qadın 22 yaşında tikiş tikərkən iynəni ağzına qoyub. Lakin ani diqqətsizlik nəticəsində onu udub. "Dərhal xəstəxanaya getdik. Çoxlu kartof yesəm iynənin özünün çıxacağını dedilər. Bir müddət sonra təkrar müayinəyə getdim. Həkimlər yoxlamalardan sonra iynənin bədəndən çıxdığını dedilər. Mən də həyatıma qaldığım yerdən davam etdim", deyə adı açıqlanmayan 38 yaşlı qadın bildirib. 

Bundan sonra o ailə quraraq Türkiyənin Dənizli şəhərinə köçüb. Uzun illər övlad sahibi ola bilmədiyi üçün Dənizli Dövlət xəstəxanasında uşaqlı borularının rentgeni çəkilib. Boruların bağlı olması ilə yanaşı onun bədənində yad cismin olduğu da üzə çıxıb. 

Tikiş iynəsi əməliyyatla qadının bədənindən çıxarılıb.