Xərçəngə qarşı 30 super qida FOTOLAR

29 Noyabr, 2018 15:15 | Həyat Tərzi | Baxış sayı: 290
Böyürtkən
Böyürtkən

Çoxumuzun mətbəxində onların əksəriyyətinə hər gün rast gəlmək olar

Qidalanma vərdişlərimiz bizi əsrin ən dəhşətli xəstəliklərindən hesab edilən xərçəngdən qoruya bilər. Əslində onların çoxu hər birimizin mətbəxində yer alıb. Bizə qalan isə sadəcə onlardan müntəzəm və düzgün istifadədir. İstiPress xərçəngin düşməni olan məhsulları təqdim edir.

Sarıkök 
Ağciyər, qaraciyər, mədə, süd vəzi, yumurtalıq , beyin, qan xərçəngi kimi xəstəliklərin əsas düşmənidir. Bu məhsul xəstə hüceyrələrin artımını dayandırır, onları daha asanlıqla məhv edir.

Alma 
Həm xərçəngin müdafiəsində, həm də ondan qorunmaqda, ürək damar xəstəliklrində faydalıdır. Gündə qabıqları ilə birlikdə azı 2 alma yemək şərtdir. 

Nar 
Bu meyvə ilə təcrübə siçanlar üzərində aparılıb. Nəticədə kanserogen maddə verilən siçanlarda 30 faizlik sağalma qeydə alınıb. Bunun üçün də gündə ya bir narın suyunu sıxaraq içmək, ya da 2 nar yemək məsləhətdir. 

Sarıkök
Sarıkök
Alma
Alma
Nar
Nar

Qara üzüm 
Bu meyvə nəinki xərçəng, həm də ürək-damar xəstəliklərindən bizi qorumaqda əvəzsizdir. Gündə 1-2 salxım yemək olar. Amma toxumları ilə birlikdə.

Böyürtkən 
Bu meyvənin tərkibindəki maddələr şiş hüceyrələrinin yaranmasının qarşısını alır. Onun yarpaqlarını da çay kimi dəmləyib içmək faydalıdır.

Qaragilə
Bədəni xərçəngdən qoruyan liflərini aktivləşdirir. Bundan başqa xolestrolu da aşağı salaraq infarktdan müdafiə edir

Günəbaxan toxumu 

Sink və selenlə zəngindir. Bədəndə C vitamininin sovrulmasını sürətləndirir.

Üzüm
Üzüm
Toxum
Toxum

Gilas 
Xüsusi ilə dəri, süd vəzi, ciyər xərçənglərinin yaranması və yayılmasının qarşısını alır. Buna səbəb isə tərkibinin "flavon" adlı maddə ilə zəngin olmasıdır.

Qarpız 
A və C vitaminləri ilə zəngindir. Bədəni toksik maddələrdən təmizləyir.

Qırmızı turp 
Ağciyər xərçəngi riskini azaldır. Salatlarda bol miqdarda qəbul edilməsi məsləhətdir. 

Brokoli 
C vitamini, betakaroten, kalsiumla zəngindir. Bağırsaq, süd vəzi xərçənglərinin əsl düşmənidir. Onu çiy halda yemək məsləhətdir. Amma həftədə 2 dəfdən artıq qəbul edilməsi məsləhət görülmür.

Pomidor 
Xüsusi ilə az bişmiş pomidor prostat xərçəngindən 40 faizə yaxın müdafiəni təmin edə bilər. Tərkibindəki "likopen" adlı maddə xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. 

Sarımsaq 
Xərçəngin yayılmasının qarşısını alır. Hər gün 2-3 diş yeyilməsi məsləhətdir. Xüsusi ilə mədə, bağırsaq, prostat, dəri şişlərinin yaranması və yayılmasının qarşısını alır.

Yerkökü 
Gündə 2 stəkan yerkökü suyu xərçəng riskini 20 faizə kimi azladır. 

Ananas
Ağciyər, yumurtalıq, dəri xərçəngində hüceyrə artımının qarşısını alır. 

Balıq 
"Omega 3"lə zəngin bu məhsul nəinki xərçəng, ürək-damar xəstəlikləri ilə mübarizədə əvəzsiz məhsuldur.

Qoz 
Bu çərəz də "omega 3" ilə zəngindir. Gündə azı 1 ovuc yeyilməsi məsləhət görülür. 

Balıq
Balıq

Çörək otu 
İmmuniteti gücləndirir və xəstəliklərə qarşı daha yaxşı mübarizə aparmağımıza kömək edir. Gündə bir qaşıq çörək otu qəbulu tövsiyyə edilir. Daha yaxşı olar ki, bunu üyüdərək toz halına salasınız.

Fındıq 
Doymuş yağlarla zəngindir. Yəni bu yağların sağlamlıq üçün heç bir təhlükəsi yoxdur.

Əncir  
Dəmir və kalsium mənbəyidir. Həzmə kömək edən ənciri müasir tibb də xərçəngdən müdafiə vasitəsi kimi təqdim edir. 

Balqabaq toxumu 
E vitamini ilə zəngindir. 

Bu siyahını ərik, kətan toxumu, paxla, kələm, düyü, soğan, yaşıl çay, qatıq, zeytun yağı və s məhsullarla davam etdirmək olar.