Saç boyası tanınmaz hala saldı VİDEO

29 Noyabr, 2018 09:19 | Həyat Tərzi | Baxış sayı: 124
Saç boyama
Saç boyama

Gözəlləşmək istəyən qadının başı dayanmadan böyüyüb

Saçlarını boyayan qadın tanaınmaz hala düşdü. Fransada yaşayan 19 yaşlı qadının üzü boyaya kəskin reaksiya verib. 

Estel adlı gənc xanım marketdən aldığı boya ilə imicini dəyişmək istəyib. Əslində o istifadədən öncə allergik reaksiya testi edib. Ancaq lazım olan 30 dəqiqəlik gözləmə müddətinə riayət etməyib. 

Əsmər rəngə boyanan gözəl bir necə saat sonra başının böyüdüyünü hiss edib. O, dərhal həkimə müraciət edib. Amma bu müddət ərzində onun başının yuxarı hissəsi 56 sm-dən 63 sm-ə çatıb. Həkimlər ona dərmanlar təyin edərək evə göndəriblər.

Amma şişmə davam edib. İş o yerə çatıb ki, dilinin şişməsi onun nəfəs almasını da çətinləşdirib. Estel dərhal hospitala yerləşdirilib və müalicə kursu keçməli olub. 

O, başqalarına dərs olması üçün boyadan sonra baş verən dəyişikliyi də lentə alaraq paylaşıb.