Hicablı qız ABŞ-da tarix yazdı (FOTO)

29 Noyabr, 2016 13:14 | Həyat Tərzi | Baxış sayı: 23
Həlima Aden - hicablı iştirakçı
Həlima Aden - hicablı iştirakçı

Müsəlman qız gözəllik yarışmasına qatıldı

ABŞ-da keçirilən gözəllik müsabiqəsində bir ilk yaşanıb. İstiPress-in məlumatına görə, Minnesota ştataında keçirilən yarışa ilk dəfə olaraq hicablı qız da qatılıb.

Keniyada doğulan Həlima Aden gözəllik müsabiqəsinə baş örtüyü ilə qatılan ilk namizəd olub. Podiuma çıxan 19 yaşlı H.Adeni aparıcı tarix yazan namizəd kimi təqdim edib. 

Çimərlik geyimi ilə olan hissəyə də o başı və bədənin hər yerini örtən geyimlə qatılıb. Aden yarımfinala kimi irəliləyə bilib. Gənc qız əslində onun qalib olmaq iddiasının olmadığını vurğulayıb. 

Keniyadakı qaçqın düşərgəsində anadan olan, 6 yaşında ailəsi ilə birlikdə ABŞ-a köçən Aden müsəlman qadınlarla bağlı yanlış olan düşüncələri dağıtmaq istədiyini deyib. 

“Kim olduğumu dünyaya göstərmək üçün yaxşı bir platforma idi".