İnsult olmamaq üçün bunu edin

29 Oktyabr, 2019 12:40 | Həyat Tərzi | Baxış sayı: 105
İnsult olan şəxs
İnsult olan şəxs

Gündə 30 dəqiqə hərəkət riski 27 faiz azaldır

Hər gün dünyada müxtəlif amillər səbəbindən insult keçirir və ya bu ağır halla üz-üzə qalır. İnsult riskini azaltmaq öz əlimizdədir. Bəs necə? Bu suala britaniyalı alimlər cavab veriblər. Bu halın yaranması bir neçə amillə bağlıdır - zəif damarlar, pis xolestrola meyillik və s. 

İnsultla mübarizə Asossasiyasının rəhbəri Kler Şattluorfun sözlərinə görə, insultun qarşısını almaq üçün ilk növbədə arterial təzyiqi diqqətdə saxlamaq lazımdır. O daima sağlam səviyyədə qalmalıdır. 

"Həyat tərzi faktoru, artıq çəki, siqaret, içkidən çox istifadə, fiziki hərəkətin olmaması, qeyri-sağlam pəhrizlər təzyiqin artmasına yol aça bilər". 

Bundan əlavə yalı, qızarmış, duzlu yeməklərdən də uzaq durmaq məsləhətdir. Bunun əvəzində rasionu tərəvəz, lif dəyəri yüksək olan məhsullarla zənginləşdirin. 

Ən vacib amil isə təbii ki, hərəkətdir. İngilis alim müntəzəm fiziki yükün insult riskini 27 faiz azaltdığını deyir. Gündə ən azı 30 dəqiqə yürüyüş daha sağlam qalmağımıza kömək edəcək.