Bu meyvəni yemək üçün 10 səbəb

29 Oktyabr, 2019 14:00 | Həyat Tərzi | Baxış sayı: 131
Avakado
Avakado

Ürəyi qoruyur, depressiya riskini sıfıra endirir

Yağ və proteinlə zəngin olan avakado insan bədəni üçün əsl enerji mənbəyidir. Avakadonu gündəlik qida rasionumuza salmaq üçün 10 səbəbimiz var. Onlar aşağıdakılardır: 

Digər meyvələrlə müqayisədə daha çox proteini var. 

Ürək-damar sağlamlığı üçün faydalıdır. Damarların daralması, tıxanmasının qarşısını alır. 

A, C və E vitamini ilə zəngindir. 

Zərərli toksinləri bədəndən atmağa kömək edir. 

Nəmləndirici özəlliyi var. Egzema və sədəf xəstəliklərində faydalıdır.

Nəsil artırma qabiliyyətini artırır. 

Vitamin və minerallarla zəngin olduğu üçün hamilə qadınlar və uşaqların sağlam qidalanmasında əvəzsizdir. 

Yaşlanmanı ləngidir, dərini qoruyur. 

Depressiya ilə mübarizə aparır. Özünə qapanma riskini azaldır. 

Qanda qırmızı qan hüceyrələri yaradır, eyni zamanda dəmir mənbəyidir. 

Avakado
Avakado