Peyğəmbəri təhqir edən qadının cəzası dəyişmədi

29 Oktyabr, 2018 12:45 | Həyat Tərzi | Baxış sayı: 188
Avropa məhkəməsi
Avropa məhkəməsi

İnsan Haqları üzrə Avropa Məhkəməsi 2009-cu ildə baş verən hadisə ilə bağlı qərarını elan edib

Məhəmməd peyğəmbəri (s.ə.s) tənqir edən qadının cəzası dəyişmədi. İstiPress-in məlumatına görə, İnsan Haqları üzrə Avropa Məhkəməsi peyğəmbəri tənqir etməyin söz azadlığı olmaması barədə qərar verib. Məlumatda qeyd edilir ki, bu əməl dini aləmdə təhdid ola bilər.

Xatırladaq ki, Avstrya sakini olan qadın 2009-cu ildə "islamın əsasları" adlı keçirdiyi seminarlarda peyğəmbəri təhqir etmişdi. O, Məhəmməd Peyğəmbərin (s.ə.s) ailə həyatı haqqında danışarkən onun pedofilliyə meyilli olduğunu iddia edib. Buna sübut kimi isə həyat yoldaşlarından biri ilə ailə quran zaman onun 6 yaşında olduğunu deyib. 

2010-cu ilin avqust ayında Vyana baş Prokurorluğu qadını dini zəmində düşmənçilik yaymaqda ittiham edib. 2011-ci ildə Vyana məhkəməsi dini dəyərləri etinasız yanaşdığı üçün qadını 480 avro cərimə edib. 

Adı açıqlanmayan qadın apellyasiya şikayəti versə də təmin olunmayıb. Bundan sonra o söz adalığının pozulması iddiası ilə Avropa Məhkəməsinə müraciət etmişdi.