Paytaxtımız 49-cu olub
Bakı dünyanın ən təhlükəsiz şəhərləri siyahısına daxil edilib. “The Economist Intelligence Unit” və “The Economist” nəşrləri ənənəvi illik hesabatlarını hazırlayıblar.
Siyahıda dünyanın 60 şəhəri yer alıb. Siyahının hazırlanmasında 57 amil nəzərə alınıb. Onların arasında rəqəmsal, səhiyyə və infrastrukurun təhlükəsizliyi, şəxsi təhlükəsizlik və s. var.
İlk beşlikdə Tokio, Sinqapur, Osaka, Amsterdam və Sidney qərarlaşıb. Azərbaycan paytaxtı maksimum 100 xaldan 56,4-ünü toplayaraq 49-cu yerdə qərarlaşıb.