Trampın xanımı ağac əkməyə 4 minlik "yubka"da getdi FOTO

29 Avqust, 2018 11:03 | Həyat Tərzi | Baxış sayı: 181
Melaniya Tramp
Melaniya Tramp

Onun hündür dabanlı ayaqqabıları işə mane olub

Bu dəfə medianın diqqətini qalmaqallı ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp çəkib. Buna səbəb isə onun ağac əkmək üçün getdiyi bağda geyindiyi geyimi olub. Ağ evin cənub bağında ağac  əkmə mərasimi  həftənin ilk günü baş tutub. 

Birinci xanəm ağac üçün quyunu "Valentino" moda evinin istehsalı olan çiçəkli ətəkdə qazıb. Bu ətəyin qiyməti 4 min dollardır. Onun ayağında isə zərif çəhrayı rəngli "Louboutin" tufliləri olub. Ayaqqabının hündür dabanları torpağa bataraq diskomfort yaradıb. Tramp bu ayaqqabılar üzərində 3 dəqiqədən artıq qala bilməyib, foto çəkilişdən sonra o dərhal kölgəlik əraziyə keçib.