Heydər Əliyev Fondu iftar süfrəsi açdı

29 May, 2019 09:13 | Həyat Tərzi | Baxış sayı: 29
İftar
İftar

Növbəti iftar Ağdamda verilib

Heydər Əliyev Fondu Ramazan ayı münasibətilə növbəti iftar süfrəsini Ağdam rayonunun Quzanlı qəsəbəsində açıb. İftar süfrəsində rayon sakinləri - oruc tutanlar, din xadimləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və imkansız ailədən olan insanlar, həmçinin “N” saylı hərbi hissənin əsgərləri iştirak edib.

İftar mərasimində çıxış edənlər ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, Ramazan ayının əhəmiyyətindən danışıb, milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmət rəmzi olan bu ayda Allahdan xalqımıza əmin-amanlıq, işğal altında olan bütün torpaqlarımızın tezliklə azad olunmasını, o torpaqlarda da dini ayinlərin icra edilməsini və iftar süfrələrinin açılmasını diləyiblər.

İftar mərasimində “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb.