Bakıda dördəm doğuldu

29 May, 2019 09:32 | Həyat Tərzi | Baxış sayı: 163
Yeni doğulan körpələr
Yeni doğulan körpələr

Uşaqların 2-i qız, 2-i isə oğlandır

Bakıda dördəm dünyaya gəlib. Körpələr ötən il ailə quran Axundovlar ailəsində anadan olublar. Yeni doğulan körpələrdən ikisi qız, ikisi isə oğlandır. 

Körpələrin anadan olduğu xəstəxanadan verilən məlumata görə, hamiləlik təbii yolla baş tutub. Uşaqlar 33 həftədə doğulublar. Onların çəkisi 1300-1380 qram arasında dəyişir.

Həkim nəzarətində olan körpələrin vəziyyətləri yaxşıdır.