Bakıdan kruiz gəmisi çıxacaq

29 Aprel, 2017 09:53 | Həyat Tərzi | Baxış sayı: 279
Kruiz gəmisi
Kruiz gəmisi

Gəmi Xəzəryanı ölkələrə səyahət edəcək

Xəzər dənizində kruiz gəmisi işə düşəcək. İstiPress-in məlumatına görə, "çay-dəniz" sinfindən olan və Rusiyada tərsanədə inşa edilən ilk gəmi 2019-cu ildən başlayaraq Xəzər dənizində kruiz səfərlərinə başlayacaq. Gəmi Bakıdan Rusiya, İran, Türkmənistan limanlarına daxil olmaqla hərəkət edəcək.

"RİA Novosti"nin məlumatına görə, bu barədə "Mosturflot" turizm şirkətinin direktor müavini Svetlana Qonçarova məlumat verib. Onun sözlərinə görə, gəmi Həştərxanda hazırlanır. İkinci gəminin də inşaası barədə razılıq əldə edilib. 

"İndi ilk gəminin marşrut planı hazırlanır. Gəmi həm çay, həm dənizdə hərəkət edə bildiyi üçün klassik "Moskva-Sankt Peterburq" marşrutu saxlanılacaq. O, həm də Xəzər dənizində çalışacaq". 

Onun sözlərinə görə, bu cür kruizlər Bakıdan yola başlayıb, İran, Türkmənistana gedib, Mahaçqalaya daxil olub və sonra yenidən Bakıya qayıdacaq. 

"Payız fəslində gəmi Qara dənizdə bir neçə reys həyata keçirəcək. Qı.da isə Soçidə mehmanxana kimi fəaliyyət göstərəcək".