"Facebook"da gözlənilməz yenilik

29 Yanvar, 2017 16:32 | Həyat Tərzi | Baxış sayı: 243
"Facebook"a USB flash kartla daxil ola biləcəksiniz
"Facebook"a USB flash kartla daxil ola biləcəksiniz

Sistemin əlavə olunmasında bir sıra müsbət cəhətlər var

"Facebook"a USB flash kartla daxil ola biləcəksiniz. Bu halda flash kart elektron açar rolunu oynayır.

İstiPress-in məlumatına görə, "Facebook”un informasiya təhlükəsizliyi üzrə mütəxəssisi Brad Hillin sözlərinə görə indi hesabının sahibi olan hər bir istifadəçi USB flash kart vasitəsilə təhlükəsizlik açarını qeydiyyatdan keçirə bilər. Təhlükəsizlik açarının iki səviyyəli təhlükəsizlik sisteminə əlavə olunmasında bir sıra müsbət cəhətlər var.

"Facebook"a USB flash kartla daxil ola biləcəksiniz
"Facebook"a USB flash kartla daxil ola biləcəksiniz

Təhlükəsizlik: İstifadəçiyə, təhlükəsizlik şifrəsini yadda saxlamaq və onu özünün daxil etməsi lazım deyil. Beləliklə, dələduzluq vasitəsilə həmin şifrəni öyrənmək qeyri-mümkündür.

- Rahatlıq: Elektron açar, digər hesabların da aktiv olmalarında istifadə edilə bilər. əsələn Google, Dropbox, GitHub,Salesforce və s.

- Sürət: Hesaba daxil olan zaman istifadəçi yalnız flash kartı USB girişə qoşmalıdır.

"Facebook” istifadəçilərə "YubiKey” şirkətinin flash kartlarını əldə etməyi məsləhət görür. Belə ki, həmin flash kartlar U2F protokoluna sahibdirlər. Bu, iki səviyyəli sistemin açıq protokoludur. Yeni funksiya hələ ki bütün brauzer və smartfonlarla çalışmır.

"Facebook"a USB flash kartla daxil ola biləcəksiniz
"Facebook"a USB flash kartla daxil ola biləcəksiniz