65 yaşlı qadın ana oldu

28 Dekabr, 2018 11:09 | Həyat Tərzi | Baxış sayı: 197
Körpə
Körpə

Uşağın atasının isə 80 yaşı var

Katoliklərin Milad bayramı günlərində dünyanın ən yaşlı anasının adı bəlli olub. Bu ada Hindistan sakini olan - 65 yaşlı qadın layiq görülüb. Adı açıqlanmayan qadının qızı dünyaya gəlib. Uşağın atası isə 80 yaşlı Hakima Dina adlı şəxsdir. 

Doğuş Cammu ştatında həyata keçirilib. Yaşlı ata hədiyyəyə görə Allaha şükür edib və ona baxmaq üçün maddi kömək istəyib. Maraqlıdır ki, körpənin 8 yaşlı qardaşı da var. 

Ana və körpəsi özlərini yaxşı hiss edirlər və artıq evə göndəriliblər. 

Hindistanda qadınların klimaks adətən 47 yaşdan başlayır. Bundan sonra isə onların uşaq dünyaya gətirmək bacarıqları olmur. Baş verən hadisə isə olduqca nadir sayılır. 

İndi adı açıqlamayan qadın dünyada təbii yolla hamilə qalan ən yaşlı ana hesab edilə bilər. Çünki 50 yaşdan sonrakı hamiləliklər adətən süni mayalanma yolu ilə əldə edilir.