Dünya şöhrətli aktyor azan oxudu (VİDEO)

28 Noyabr, 2016 12:57 | Həyat Tərzi | Baxış sayı: 53
Morqan Friman - aktyor
Morqan Friman - aktyor

Hollivudun tanınmış siması müsəlmanları təccübləndirib

Dünyanın ən məşhur aktyorlarından biri sevənlərini yenə təccübləndirib. İstiPress-in İHA-ya istinadla verdiyi məlumata görə, söhbət Hollivudun tanınmış simalarından olan Morqan Frimandan gedir.

O, "National Geographic" üçün çəkdiyi "Tanrının hekayəsi" adlı sənədli film üçün bir imamdan müsahibə alıb. Reportaj zamanı aktyor azan səsinin dünyadakı ən gözəl səs olduğunu deyib.

Bundan başqa Friman özü də azan oxuyub.

Xatırladaq ki, bundan öncə də aktyor Londondakı "Əl-Xoyi" Hüseyniyyəsində keçirilən Aşura mərasiminə qatılmışdı. Belə ki, Morqan Friman əzadarlıq məclisinə qatılraq müsəlmanlara baş sağlığı verib.