Mehriban Əliyeva balıq buğlaması bişirdi

28 Oktyabr, 2017 14:01 | Həyat Tərzi | Baxış sayı: 914
Balıq buğlaması
Balıq buğlaması

Onun bişirdiyi yeməyin fotosunu Leyla Əliyeva paylaşıb

Dövlət başçısının böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva "Instagram" səhifəsində maraqlı paylaşım edib.

İstiPress-in məlumatına görə, onun adını daşıyan səhifədə anası - ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın hazırladığı yeməyin fotosu yerləşdirilib. 

O, fotonu belə şərh edib: "Anamın bişirdiyi balıq buğlaması! Anam nə bişirsə, dadından doymaq olmur, çünki hər xörəyə böyük qəlbinin hərarətini qatır! Hamıya uğurlu gün arzu edirəm! Çox sağ olun!". 

Qeyd edək ki, L.Əliyeva səhifəsində müntəzəm olaraq anasının mətbəxdə gördüyü işləri, bişirdiyi yeməkləri əks etdirən fotolar paylaşır.