5 yaşında ana oldu - ata kimdir? FOTOLAR

28 İyun, 2018 13:00 | Həyat Tərzi | Baxış sayı: 522
Lina Medina
Lina Medina

Tibb tarixinin ən qeyri-adi hadisəsi

O dünyanın ən gənc anasıdır. Cəmi 5 yaşında hamilə qalaraq övladını dünyaya gətirib. Söhbət Peru sakini olan Lina Medinadan gedir. Onun unikal taleyi onlarla araşdırmaya mövzu olub. 

Lina medina 1933-cü ildə yoxsul kəndlərdən birində anadan olub. 1939-cu ildə 14 mayda isə özü ana olub. Yoxsul valideynlər qızlarının qarnının şişməsindən 7 ay sonra şübhələnərək onu həkimə aparıblar. Eşitdikləri cavab isə onları şoka salıb. 

Herardo Losada adlı həkim qızı dərhal paytaxta aparır. Əlavə analizlərdən sonra 7 aylıq hamiləlik təsdiqlənir. Müəyyən edilib ki, uşaq yaşlarında onda hormonal pozunuq baş verib, nəticədə yetkinlik dövrü erkən başlayıb. 8 aylığında onda menstrual sikl başlayıb, 4 yaşında süd vəziləri inkişaf edib. 

Lina qeysəriyyə yolu ilə ana olub. Nəticədə dünyaya tamamilə sağlam 2700 qram çəkidə oğlan uşağı gəlib. Uşaq həkimin şərəfinə adlandırılıb. Uşaq 10 yaşına kimi Linanı bacısı bilib. Herardo 1979-cu ildə xəstəlik nəticəsində ölüb. 

Bu hadisənin üzərindən illər keçsə də, əsas suala cavab tapılmayıb - uşağın atası kimdir? Qıza təcavüzdə şübhəli bilinən atası saxlanılsa da, dəlil yetərsizliyindən o azad edilib. 

Lina 1972-ci ildə ailə qurub. 39 yaşında ikinci dəfə ana olub. Tibb tarixinə adı yazılan qadın 2016-cı ildə 85 yaşında vəfat edib.