İvanka Tramp bu dəfə görün nə ilə diqqət çəkdi - FOTO

28 Aprel, 2017 16:22 | Həyat Tərzi | Baxış sayı: 315
Angela Merkel və İvanka Tramp
Angela Merkel və İvanka Tramp

Trampın qızı Merkellə görüşdə hər kəsi mat qoydu

İvanka Tramp atasının müşaviri kimi ilk səfərini Almaniyaya edib. Baş nazir Angela Merkel ilə rəsmi görüşdə diqqətlər görüşün mövzusundan çox, xanım Trampın sırğalarına yönəlib.

İstiPress “Haberler”ə istinadən xəbər verir ki, İvankanın biri uzun, digəri qısa olan assimmetrik sırğaları görüşə damğasını vurub.

Almaniyanın baş naziri Angela Merkel, Beynəlxalq Valyuta Fondunun sədri Kristin Laqard və Kanadanın xarici işlər naziri Kristi Frilənd ilə “Qadınların iş həyatındakı rolu” mövzusunda müzakirələr aparan İvanka Tramp gözəlliyi ilə jurnalistlərin də diqqətini çəkib.

Hər vəchlə fotomüxbirlərə qeyri-adi sırğalarını nümayiş etdirməyə çalışan Tramp, Almaniyanın da gündəmini alt-üst edib. 

İvanka Tramp
İvanka Tramp