Erməni məşhur lahmacunu da mənimsədi

28 Mart, 2020 11:17 | Həyat Tərzi | Baxış sayı: 101
Lahmacun
Lahmacun

Kardaşyan lahmacunu "erməni pizzası" kimi tanıdır

Erməni əsilli amerikalı tanınmış Kim Kardaşayan növbəti dəfə öz milli xislətini nümayiş etdirib. Başqa dövlətlərin, o cümlədən Azərbaycanın milli musiqisi, milli mətbəxini oğurlayaraq özününkiləşdirməyə adət edən xalqın nümayəndəsi bu dəfə Yaxın Şərq, xüsusi ilə Türkiyə mətbəxinin nümunəsi hesab edilən olan lahmacunu mənimsəyib.

Kardaşyan sosial media hesabında paylaşdığı lahmacunu "erməni pizzası" kimi təqdim edib. Bu barədə Türkiyə mətbuatında məlumat yer alıb.

Xatırladaq ki, lahmacunun adı Evliya Çələbinin məşhur "Səyahətamə" əsərində də çəkilib. Kulinariya tarixinə görə, bu söz ərəb dilində lahm (ət) və acin (yoğrulmuş xəmir) mənasına gəlir. 

Adıçəkilən milli "fast fud" Yaxın Şərq mətbəxinə məxsusdur.