21 gün bunları etsəniz...

28 Yanvar, 2020 13:39 | Həyat Tərzi | Baxış sayı: 194
Şəkərsiz həyat
Şəkərsiz həyat

Sağlam həyata keçmək üçün ipucları

Sağlam həyatın ən əsas şərti sağlam qidalanmaqdır. Balanslı qidanı həyat tərzinizə çevirmək sizin cəmi 21 gün vaxtınızı ala bilər. Bu müddət ərzində sağlam qida şüuraltı olaraq qəbul edilir və vərdiş halına gəlir. Sağlam qida həm həyat keyfiyyətini artırır, həm də sağlam ömür sürməyə kömk edir. 21 günlük pəhrizin əsas addımı şəkərdən imtina etməkdir. 

Protei mütləq şəkildə olmalıdır. Az yağlı ət, balıq, yumurta və pendir kimi. Mərcimək, noxud, quru lobya, maş lobyası kimi paxlalılar da menyuda mütləqdir.

Meyvə və tərəvəzlər olmazsa olmazlar sırasındadır. Amma onları mövsümə görə seçin. Quru meyvələri isə gündə 2-3 dəfə yeyə bilərsiz.

Bədən sağlamlığı üçün gündə bir ovuc badam, fındıq, fıstıq, qoz, qabaq toxumu, eləcə də zeytun və avakado qəbul edin. Proqrama çia, kətan toxumlarını da əlavə edin.

Duzu məhdudlaşdırın, şirniyyat ehtiyacınızı bir qaşıq bal və ya bəkməzlə qarşılayın. 10 qram kimi qcı şokolad da qəbul etmək olar. Bitki çayları və suyu yaddan çıxarmayın. Qəhvəni isə mütləq şəkərsiz için.

21 gün müdətində şəkərli qidadan, ağ çörəkdən, xəmir məmulatlarından, keks, biskivit, bulka və s.dən uzaq durun.

Siqaret və içkini də yaddan çıxarın. Ən azı yarıbayarı azaldın. Gündə 6-8 saatlıq yuxu və ən azı 30 dəqiqəlik yürüyüş də sağlam həyata addım atmaq üçün qaçınılmazdır.