Xərçəng dərmanı yumurtlayan toyuqlar yetişdirildi

28 Yanvar, 2019 14:25 | Həyat Tərzi | Baxış sayı: 197
Yumurta
Yumurta

Geni dəyişdirilmiş toyuqlar proteinlə daha bol olan yumurta verəcəklər

Hər il dünyada milyonlarla insanın ölümünə səbəb olan xərçəngin bəzi növləri, əzələ iltihablanmaları ilə mübarizədə istifadə edilə biləcək yumurta yumurtlayan toyuqlar əldə edilib. İstiPress-in məlumatına görə, dərman yumurtlayan geni dəyişdirilmiş toyuqları şotlandiyalı alimlərin uzun müddətli araşdırmalarından sonra meydana çıxıblar. 

Edinburqdakı "Roslin Texnologiya"larının əməkdaşı olan professor Lissa Herronun sözlərinə görə, toyuqlar olduqca böyük hinlərdə yaşayırlar. "Yüksək təhsilli və təcrübəli texniklər tərəfindən su, qida ilə təmin edilirlər. Olduqca rahat şəraitdə yaşayırlar. Toyuqlar normal qaydada yumurtlayırlar. Bu onların sağlamlığına hər hansı şəkildə mənfi təsir göstərmir". 

Xatırladaq ki, alimlər daha öncə də genləri ilə oynanılmış keçilər, toyuqlar, dovşanlardan əldə edilən məhsulların müalicələrdə istifadə ediləcək proteinlər istehsal edə biləcəklərini ortaya çıxarmışdılar.

"Bu toyuqların istehsalı, dərman fabriklərinin işindən 10-100 dəfə daha az maliyyə tələb edir", deyə Herron bildirib.  

Xəstəliklərin çoxu bədənin təbii yollarla müəyyən bir maddəni və ya proteini özünün ifraz edə bilməməsindən yaranır. Belə xəstəliklər əksik proteinin olduğu dərmanlarla nəzarət altına alına bilinir. Bu dərmanlar isə olduqca baha başa gələ bilir. 

Herron və həmkarları protein ifraz edən insan genini yumurtanın ağının yaranmasında rol oynayan toyuğun DNT-sinə əalvə etməyi bacarıblar. Komanda insanların immunitetinin möhkəmlənməsində xüsusi rolu olan iki protein üzərində bütün diqqətləri cəmləyib. Bunlardan biri "IFNalpha2a"dır. Bu proteinin xərçənglə mübarizə özəlliyi var. Biri isə zərər görən hüceyrələri bərpa edən "macrophage-CSF"dir. 

Bir doza dərman üçün 3 toyuq yumurtası lazım olur. Toyuqlar isə ildə 300 yumurta verir. Mütəxəssislər düşünürlər ki, əgər yetərli sayda toyuq olarsa ticari məqsədlərlə dərman istehsalına başlamaq olar. 

Əldə edilən dərmanların insanların müalicəsində istifadə edilə bilməsi üçün isə qanuni düzəlişlər lazımdır. Bu da azı 10 ilə yaxın davam edə bilər.