Ürəyi qorumağın 3 yolu

27 Sentyabr, 2019 14:17 | Həyat Tərzi | Baxış sayı: 173
Ürək xəstəlikləri
Ürək xəstəlikləri

Məşhur kardiocərrahdan məsləhət

Ürəyi qorumaq üçün 3 əsas şərtə əməl etmək lazımdır. Bəs bunlar hansılardır? Rusiyanın tanınmış karioloqu Leo Bokeriya ən vacib orqanımızın qayğısına qalmağın sadə yollarını izah edib.

Kardiocərrahın sözlərinə görə, ürək xəstəliklərindən əziyyət çəkənlərin çoxu sağlam qidalanmayan, sağlam həyat tərzi keçirməyən şəxslərdir. Xəstəliklərdən qorunmaq üçün ilk növbədə siqaretdən əl çəkmək lazımdır."Onların elektron siqaretlə əvəz edilməsindən söhbət belə gedə bilməz. Ziyanı artıq sübut edilib".

İkincisi, gündə ən azı 7 saat yuxu yatılmalıdır. Vacib olan isə həm zaman, həm də keyfiyyətdir. Həkim hər gün eyni vaxtda yatmağı məsləhət görür. Qidalanma da müntəzəm olmalıdır.

Üçüncü vacib şərt isə fiziki aktivlikdir. Ən sadə yol yürüyüşdür. İlkin olaraq həftədə 2 saatlıq yürüyüşlə işə başlamaq olar. Sürət dalınca qaçmaq lazım deyil. Əsas özünüz üçün rahat olan tempi tapmaqdır. Ən azı 1 km məsafə gəzmək şərtdir.