Bu məhsullar yaddaşı gücləndirir, öyrənmək qabiliyyətini artırır
Stres, çirkli hava, pis qidalanma bütün orqanizmin fəaliyyətinə təsir etdiyi kimi yaddaşımızı da korlaya bilər. Nəticədə diqqət cəmləməkdə də ciddi problemlər yaranır. Bəs bundan qaçmaq üçün nə etmək olar?
Güclü bir beyin üçün ilk növbədə sağlam qidalanmaya keçmək lazımdır. Bol mineral və vitaminli, sağlam yağlar olan məhsulları seçmək önəmlidir. Tərkibindəki məhz belə faydalı detallara görə beyin dostu olan 8 məhsulun adını açıqlayırıq:
Sarıkök
"Kurkumin” adlı bu ədviyyat hər kəsin mətbəxində özünəməxsus yer tutur. Sarıkök tbii və güclü antioksidantdır. Tarix boyu müalicə məqsədi ilə istifadə edilən bu bitki beyni oksigenlə təmin edir, məlumatları öyrənməyi və işləməyi asanlaşdırır. Ən ideal istifadə qaydası bitkiləri, əti yağda isidilən sarıköklə bişirməkdir.
Çərəzlər
Bu məhsullar "beyin dostu" adını çoxdan qazanıblar. Mineral, vitamin, sağlam turşular, antioksidantlarla zəngin olan çərəzlər - xüsusi ilə qoz, badam, kətan toxumu, qara çörək otu E vitamininin mənbəyidir. Bu vitamin hüceyrələri sərbəst radikalların təsirindən qoruyur. Əqli inkişafı sürətləndirir. Beynin sağlamlığı üçün önəmli olan Omega-3-də bu məhsullarda boldur.
Yaşıl tərəvəzlər
A və K vitaminləri ilə zəngin ispanaq, qırmızı kələm, pazı, brokoli, şüyüd, cəfəri sadəcə beyni deyil, ikinci beyin adını alan bağırsaqları da qüvvətləndirir. Eyni zamanda C vitamini ilə beyini hər hansı zədələrdən də mühafizə edir. Bu məhsulları çiy və ya çox az bişirərərk yemək məsləhətdir.
Qaragilə
Antioksidantlar beynin yaşlanmasının və nevroloji xəstəliklərin qarşısını alır. Streslə savaşır. Beyin hücyerələri arasındakı siqnal ötürülməsini gücləndirir, yaddaş ititrilməsinin qarşısını alır. Öz mövsümündə təzə-təzə, qışda isə dondurulmuş formada yemək məsləhətdir.
Kakao
Şokoladın xoşbəxtlik hormonu olan serotonin ifrazını sürətləndirdiyini bilməyən yoxdur. Kakao özəlliklə beynin öyrənmə, yaddaşa cavabdeh olan hissələrinin işini sürətləndirir. Kakao yaşla bağlı olaraq beynin zəifləməsi ilə də mübarizə aparır. Bu özəlliklərindən faydalanmaq üçün ağ və südlü çokoladları ən azı 70 faiz kakao olan şirniyyatla və ya kakao tozu ilə əvəz etməlisiniz.
Yağlı balıq
Omega-3 qaynağıdır. Bu isə beynin gücünü artırır, yaddaşı gücləndirir. Bu yağ sinir hüceyrələri arasında siqnalları artırır, beynin daha cəld reaksiya verməsinə kömək edir. Bunun üçün həftədə azı 2 dəfə balıq yemək və onları aşağı temperaturda bişirmək məsləhət görülür.
Yumurta
Beynin sağlamlığı üçün bütün lazımı maddələrin bir yerdə toplandığı kiçik möcüzədir. Xüsusi ilə onun sarısı beyin funksiyalarını gücləndirir. Yumurta əhvalı qaldıran B vitamin qrupu ilə də zəngindir.
Ət suyu
Doğru hazırlanan ət suyu immunitetei gücləndirir, beyin sağlamlığını dəstəkləyir, stresin azalmasına kömək edir. Bunun üçün ilikli sümüklərin azı 12 saat az atəşdə qaynaması lazımdır. Bu suya soğan, sarımsaq da əlavə edərək təsirini gücləndirmək mümkündür. Sümük suyunu 3 aya qədər dondurucuda saxlamaq mümkündür.