Dünya bu uşağı istəyir - milyonlardan imtina FOTOLAR

27 Aprel, 2017 09:05 | Həyat Tərzi | Baxış sayı: 539
Nadya- albinos qız
Nadya- albinos qız

Model agentlikləri "buz kraliçası" üçün növbəyə düzülüb

Rusiyada yaşayan 8 yaşlı qız ən qabaqcıl model agentliklərinin diqqət mərkəzinə düşüb. İstiPress-in məlumatına görə, 8 yaşlı Nadya Sibirdə valideynləri ilə birlikdə yaşayır. Nadya ağ saçları, farfor kimi dərisi ilə görənləri təəcübləndirir. Qızı kəşf edən isə bir fotoqraf olub. Vadim Rufovun internetdə yaydığı bir neçə fotodan sonra ailəyə iş təklifləri yağmağa başlayıb. Maraqlıdır ki, azyaşlı qız albinosdur. 

Fotoqrafın sözlərinə görə, Nadya sənətə meyillidir. "Mənə görə iki saat yorulmadan poz verdi. Görüşməmizin ilk anından sanki illərdir bir-birimizi tanıyırmışıq kimi söhbətə başladıq". 

Qızın anası isə övladının yaşının az olduğunu deyərək böyük pullardan imtina edib. Onun sözlərinə görə, Nadya ailədəki yeganə albinosdur. "Böyüyəndə istədiyi işi seçər. İndi ondan soruşanda model olmaq istədiyini deyir. Hələlik işləmək üçün onun yaşıçox azdır".

İstiPress buz kraliçasına bənzəyən qızın dünyanı heyran edən fotolarını təqdim edir: