Ramazan ayı nə vaxt başlayır? CƏDVƏL

27 Mart, 2019 12:05 | Həyat Tərzi | Baxış sayı: 1692
Ramazan
Ramazan

Bu il bayram 5-6 iyuna təsadüf edəcək

Bu il Ramazan ayı mayın 6-da  başlayır. Qafqaz Müsəlmanları İdarəsinin təqvimində bu barədə məlumat yer alıb. 

Təqvimə əsasən, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 23, 25, 27 və 31 may tarixlərinə təsadüf edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.