Bir həftəyə 10 min turist qəbul etmiş obyekt

27 Mart, 2019 18:58 | Həyat Tərzi | Baxış sayı: 210
"Şahdağ" turizm mərkəzi
"Şahdağ" turizm mərkəzi

50 faiz endirimin gücü

Qusarda yerləşən "Şahdağ" turizm mərkəzinə 7 günlük Novruz tətilində 10 minə yaxın turist gəlib.

İstiPress-in şimal bürosuna bu barədə mərkəzin marketinq direktoru Rauf Cahangirov məlumat verib.

Onun sözlərinə görə, tətil günlərində çoxlu qarın yağması da turistlərin axınını sürətləndirib. Gələn turistlərin əsasən yerli turistlərin olduğunu söyləyən Rauf Cahangirov qarlı günlərdə bura gələn turistlərin çox böyük adrenalin və xoş ovqat yaşadıqlarını deyib.

"Xizək sürməsində və kanat uçuşunda 50 faiz endirim də edilib" söyləyən marketinq direktoru bura gələnlərin möhtəşəm Novruz şousu yaşadıqlarını da diqqətə çəkib.

Onun sözlərinə görə, ərazidə hələ qar olduğundan qış mövsümü davam edir: "Turistlər Şahdağa yenə gəlməkdədirlər. Gələn turistlər arasında çoxluq yerli turistlər təşkil etsə də rusiyalı və ərəb turistlərin də sayı az deyil".

"Şahdağ" turizm mərkəzi
"Şahdağ" turizm mərkəzi
Şahdağ istirahət mərkəzi
Şahdağ istirahət mərkəzi