Avropa rəngləri ilə çəkən Azərbaycan rəssamı

27 Mart, 2018 18:49 | Həyat Tərzi | Baxış sayı: 134
Əşrəf Heybətovun əsəri
Əşrəf Heybətovun əsəri

Azərbaycanda doğulmuş köhnə moskvalı

Türk Dünyasının böyük yazarı Çingiz Aytmatov nə vaxtsa yaxın dostu, azərbaycanlı rəssam Əşrəf Heybətov haqqında yazıb ki, Heybətovun yaradıcılığı Şərqlə Qərbin arasında yerləşir.

İstiPress-in məlumatına görə, Rusiyanın “Vestnik Kavkaza” portalına müsahibə verən Əşrəf Heybətov bunu özü də təsdiqləyib: “Mənim dərin milli köklərim var, amma Avropa rəssamlıq plastikasına malikəm. Mənim son işlərim dünyada baş verən hadisələrlə bağlıdır. Çingiz Aytmatov mənə dünyada baş verənlər barədə planetar anlam bəxş etdi. Mən artıq dar milli çərçivəli rəssam deyiləm”.

Əşrəf Heybətov Azərbaycanda doğulub böysə də özünü köhnə moskvalı sayır. Səbəb isə 1980-ci il olimpiadası ilə bağlı Moskvada rəssamlıq fəaliyyətinə başlaması olub. Orada  Zurab Seretelinin birqadasında çalışaraq Moskva olimpiadasına dizayn verib. İlk sərgisi də elə orada keçib.

1981-ci il Moskva Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) tələbəsi İlham Əliyevin dəstəyi ilə bu ali məktəbin "Park Kulturı"da yerləşən binasında Əşrəf Heybətovun ilk sərgisi keçirilib. Aradan 37 il keçəndən sonra - martın son günlərində həmin alim məktəbin yeni binasında rəssamın daha bir sərgisi də təşkil edilib. Sərgidə rəssamın 35 müxtəlif dövr üzrə əsərləri sərgilənib.

Əşrəf Heybətov planetar düşüncəli rəssam olduğunu deyir: “Mən yalnız çiçəkləri və ya qadınları  çəkmək istəmirəm. Zamanın ruhunu tutmaq lazımdır. Bu gün dünyada baş verənlərə görə çox narahat oluram. İnformasiya müharibəsi, odlu müharibə, bazarlar uğrunda mübarizə gedir”.